Bakıda 25 yaşlı fəhlə anbarda yıxılaraq ölüb
Suraxanı rayonu, Bülbülə qəsəbəsində bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, ikinci Bülbülə, ev 23 də yaşayan 25 yaşlı Nicat Fərzəliyev fəhlə işlədiyi soyuducu anbar sexində hündürlükdən yıxılıb. Yaralını dərhal 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün həkimlər dərhal onu əməliyyata götürüblər. Nicat Fərzəliyev 7 saata yaxın koma vəziyyətində qalıb, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Rayon Prokrorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq