İŞİD-in edam etdiyi şəxs sağ qaldı və... - VİDEO
İŞİD terror təşkilatı dəhşətli edam aktı həyata keçirib. APA TV-nin məlumatına görə, edam terrorçuların nəzarətində olan Rakka vilayətinin Tal Abyad şəhərində gerçəkləşdirilib. Homoseksuallıqda ittiham olunan 50 yaşlı şəxs gözləri bağlanmış şəkildə çoxmərtəbəli binanın damına çıxarılıb, ona ittiham elan olunub, daha sonra maskalı şəxslər həmin adamı yerə atıblar. Zərblə yerə dəyən suriyalı sağ qalsa da, əhali onu daşqalaq edərək öldürüblər. Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzi faktı təsdiqləyib. Xatırladaq ki, ötən ay İŞİD terror təşkilatı daha iki analoji edam aktı həyata keçirmişdi.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq