Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri qətlə yetirilib
Ukraynanın Luqansk şəhərinin Şevçenko kvartalında Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin keçmiş sədr müavinin meyiti tapılıb. Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya deyib ki, əslən Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında rayon mərkəzindəki marketlərdən birinin qarşısında, öz avtomobilində aşkarlanıb.
O, avtomatdan açılmış atəş nəticəsində ölüb. Meyitin üzərində çoxsaylı güllə yarası olub. Hazırda separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətində olan şəhərdə onun kiminləsə intriqasının, probleminin olmadığı bildirilir.
Hazırda Y. Nəsibovon meyitinin Azərbaycana gətirilib doğulduğu rayonda dəfn olunması üçün tədbirlər görülür.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq