Kürdəmirdə iki yük maşını toqquşub
Kürdəmirdə iki yük maşını toqquşub. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. Bakının Qaradağ rayon sakini Bəxtiyar Şahverdiyevin idarə etdiyi "KamAZ" Ağdaş sakini Siyavuş Bayramovun idarə etdiyi "Hovo" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə "KamAZ"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq