“Boko Haram” Kamerunda qətliam törədib: 100 ölü
“Boko Haram” silahlıları Kamerunda 100 nəfəri qətlə yetirib. Terror qruplaşmasının silahlıları Kamerunun Fotokol şəhərinə hücum edib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, səhər saatlarında şəhərə daxil olan terrorçular ev və məscidlərdə azı 100 nəfəri qətlə yetiriblər. Bundan əvvəl, Nigeriyada 200 “Boko Haram” silahlısının Çad hərbçiləri tərəfindən məhv edilməsi barədə məlumat yayılmışdı.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq