Bank Of Baku

Sumqayıtda uşaq oğurlamaqda təqsirləndirilən qadına cəza istənildi

# 12:46
5 fevral 2015

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlını oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses fevralın 11-də davam etdiriləcək.  

 

Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub. Xırda Babayeva ilkin ifadəsində övladının olmadığı üçün bu addımı atdığını desə də, sonradan Aysel Əhmədovanın uşağı ona satdığını bildirib.

 

3 övladı olan Aysel Əhmədova uşaqlarından birini uşaq evinə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR