Salyanda 2 yük maşını aşdı, Ələt-Astara yolu bağlandı
Ələt-Astara magistralında 2 yük maşınının aşması yolda böyük tıxac yaradıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralın 78-ci kilometrliyndə Salyan rayonunun Şorsulu kəndinin ərazisində inşaat işləri aparan “EVROSCON” ASC-nin yük avtomobilləri toqquşaraq aşıb. Daha bir avtombil isə sürüşərək yoldan çıxıb. Xəsarət alan olmasa da, yolun bağlanması nəticəsində uzunmüddətli tıxac yaranıb.
Əraziyə cəlb olunan yol polisi əməkdaşlarının səyi nəticəsində qəzanın fəsadları aradan qaldırılıb. Bir neçə saat sonra yolda avtomobillərin hərəkəti tam bərpa olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq