Bank Of Baku

İŞİD: "İordaniya təyyarələrinin bombardmanı zamanı əlimizdə olan ABŞ vətəndaşı ölüb"

# 13:41
7 fevral 2015

İŞİD əlində olan ABŞ vətəndaşı - 26 yaşlı qadının öldüyünü bildirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, terrorçular Kayli Müllerin İordaniya qırıcılarının Rəqqa şəhərini bombaladığı zaman həlak olduğunu bəyan ediblər. Rəsmi Əmman isə İŞİD-in bu açıqlamanı məqsədli şəkildə verdiyini deyir. ABŞ tərəfi məsələyə hələlik münasibət bildirməyib. Prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Rays deyib ki, Vaşinqton baş verənlərdən narahatdır: "Vətəndaşımızın ölməsi və ya öldürülməsi ilə bağlı bizim əlimizdə heç bir sübut yoxdur, amma verilən açıqlamanın doğru olub-olmamasını müəyyənləşdirəcəyik". Xatırladaq ki, Kayli Müller İŞİD girovluğunda olan sonuncu ABŞ vətəndaşı idi. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR