İmişli və Saatlıda qaydanı pozan 157 sürücü saxlanılıb
İmişli və Saatlıda qaydanı pozan 157 sürücü saxlanılıb. Yol polisinin iki rayonda keçirdiyi reyd zamanı belə sürücülər barədə inzibati protokollar tərtib edilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, saxlananlar arasında avtoxuliqanlıq edən, sərxoş halda avtomobil sürən, sürücülük vəsiqəsi olmayan şəxslərə rast gəlinib. Bundan başqa, avtomobilə əlavə avadanlıqlar quraşdıran, sürücülük hüququ olmadan avtomobili idarə edən şəxslər aşkarlanıb. Qaydaları pozanlar arasında işıqfora məhəl qoymayan, avtomobili nömrəsiz idarə edən, sükan arxasında telefonla danışan, texniki baxışdan yayınan və digər sürücülər də var.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq