Abşeronda "Opel" yük maşını ilə toqquşdu: 5 yaralı
Abşeron rayonu Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə Duzlu Göl yaxınlığında qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan "Opel"markalı avtomobil "MAN" markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən idarəetməni itirən "Opel" "QAZ 2410" markalı nəqliyyat vasitəsinı çırpılıb.
Hadisə zamanı "Opel"də olan 5 nəfər xəsarət alıb. Yaralılara ilkin yardımı hadisə şahidləri göstəriblər. Sonra onlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yük avtomobili səbəb olub.
Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Qəzanın dəqiq səbəbi ekspertizanın rəyindən sonra bəlli olacaq.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq