Bakıda soyğunçuluq törətmiş şəxs saxlanılıb
Metronun "Nizami" stansiyası yaxınlığında soyğunçuluq törətmiş şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, bu barədə hələ bir neçə gün əvvəl zərərçəkmiş Elman Ziyadov tərəfindən Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət olunub. Həmin vaxt əməliyyatçılara hadisəni törətmiş şəxsin adı və ya digər məqamlar məlum olmayıb.
Məlum olub ki, hadisəni paytaxt sakini, 28 yaşlı Orucov Elçin Azad oğlu törədib. Elçin Orucov həm də narkotik vasitə asılılığından əziyyət çəkir. O, bundan əvvəl də şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxladığına görə məhkum olunub. Ehtimal olunur ki, o, bu dəfə də cinayəti narkotik vasitə əldə etmək üçün törədib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq