Lənkəranda 2 balıqçı itkin düşüb
Xəzər dənizinin Azərbaycan sektorunda iki balıqçı itkin düşüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, ötən gün səhər saatlarında balıq tutmaq məqsədilə dənizə çıxan Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinləri, 32 yaşlı Ceyhun Mahmudov və 22 yaşlı İbrahim Məmmədov geri qayıtmayıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Xilasedicilərlə yanaşı, kənd sakinləri də axtarışda iştirak edirlər. Hələlik heç bir nəticə əldə edilməsə də, balıqçıların dənizə çıxdıqları qayığın qalıqları rayonun Siyavar kəndi ərazisində tapılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq