DİN Yevlaxda tutulan dəstə üzvlərinin görüntülərini yayıb
Daxili İşlər Nazirliyi Yevlaxda həyata keçirilən xüsusi əməliyyatda həbs olunanların video görüntüsünü yayıb. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumatda qeyd olunur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Əli Nəbiyev, Səbuhi Məmmədov, əvvəllər məhkum olunmuşlar - Əlövsət Musayev Elxan Hüseynov, Əsəd Məmmədov, Mövsüm Musayev və Arif Bəkirovun evindən "TT" və “AKSU” markalı silahlar, əl qumbaraları, patronlar, heroin və külli miqdarda marixuana aşkarlanıb.
Qeyd edək ki, bu şəxslər cinayətkar aləmə meylli, sahibkarlardan hədə-qorxu ilə pul tələb etmədə də şübhəli bilinirlər.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq