Bakının 2 mərkəzi küçəsi bağlandı
Bu gün Bakının Məmməd Araz küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib. Adı çəkilən küçədə yolun hərəkət hissəsində üfüqi xətlənmə işləri həyata keçiriləcək. Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Mərdanov qardaşları küçəsinin kəsişməsinədək olan hissəsində isə artıq asfaltlama işlərinə başlanılıb. Yol-təmir işləri isə 2-3 gün ərzində yekunlaşacaq.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq