Qaxda canavar at balasını parçalayıb
Qax rayonunda canavar at balasını parçalayıb. Hadisə rayonun Şotavar kəndində, gecə saatlarında yaşayış evlərinin yaxınlığında baş verib. Sakinlərin APA TV-yə verdiyi məlumata görə, son vaxtlar kənddə canavarlar tez-tez şəxsi təsərrüfatlara hücuk edir. Sonuncu dəfə kənd sakini Yaşar İbrahimova məxsus at balasını canavar parçalayıb. Canavar ata hücum çəkən anda heyvan bağlı vəziyyətdə olub. At kəndiri qırıb qaçmağa müvəffəq olsada, canavar kəndin mərkəzində at balasını yaxalayıb və parçalayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq