Keçmiş arvadını moteldə 9 bıçaq zərbəsi ilə öldürən kişi: "Öldürmək niyyətim yox idi"
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" motelində keçmiş həyat yoldaşını qətlə yetirən 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib. O, keçmiş arvadını 9 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilir. Onlra rəsmi şəkildə boşansalar da, 1988-ci il təvəllüdlü Vəfa Abdullayeva keçmiş həyat yoldaşı və uşaqları ilə bərabər Zöhrab İsmaylovun evində yaşayırmış. Təqsirləndirilən şəxsin sözlərinə görə, keçmiş həyat yoldaşını başqa bir maşına oturaraq motele getdiyinin şahidi olub: "Kənardan baxdım, gördüm çay gəldi otağa, içəri girdim. Beynim döndü, neçə bıçaq vurduğumu bilmirəm".
Tibbi ekspertin verdiyi rəyə görə, bıcaq zərbələrindən 7-si qadının kürək nahiyəsindən vurulub: "Öldürmək fikrim olmayıb. Öldürən olsaydım, bu neçə ayın içində vurardım".
Faktla bağlı Abşeron rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq