Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb
Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regonal şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevin evində tiryəkxana təşkil etməsi müəyyənləşdirilib. Əməliyyat zamanı polis ev sahibi ilə yanaşı, daha 5 nəfəri - 45 yaşlı Mahir Sadıqovu, 42 yaşlı Elçin Abdullayevi, 47 yaşlı İbad Əliyevi, 63 yaşlı Sadiq Məmmədovu və 43 yaşlı Cavid Tağıyevi narkotik qəbul edərkən yaxalayıb. Evdən 8 bükümdə tiryək, 41 bükümdə heroin, 2 ədəd şpirisə doldurulmuş hazır məhsul, 2 ədəd elektron tərəzi, xeyli sayda şpiris və narkotik məhlullarının hazırlanmasında istifadə olunan ləvazimat, digər maddi sübutlar aşkanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq