Nazir Kəmaləddin Heydərov Astarada qəbul keçirib
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Astara Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. 24 nəfərin müraciətini şəxsən özü dinləyən K.Heydərov onların əksəriyyətinin yerindəcə həlli üçün müvafiq tapşırıqlarını verib. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi aidiyyəti strukturların rəhbərlərinə həvalə olunub. Bundan başqa, kadr məsələləri ilə bağlı 215, digər məsələlərlə bağlı müraciət etmiş 231 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq