İçki məclisi qanlı sonluqla bitdi: 28 yaşlı şəxs bıçaqlandı
Gecə saatlarında paytaxtın Xətai rayonu NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Keşlə qəsəbə sakini 28 yaşlı Elmar Musayev kafelərin birində yeyib-içdikdən sonra tanımadığı şəxslə mübahisə etməyə başlayıb. Nəticədə Elmar Musayev hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən iki bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta ağırdır. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları bıçaqlanan Elmar Musayevin ilkin izahatını aldıqdan sonra dərhal cinayəti törədərək hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq