Gəncədə ilk qar yağdı
Ötən gecədən başlayaraq Gəncə şəhərinə ilk qar yağmağa başlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhərə təxminən 6-7 sm qalınlığında qar yağsa da hələ ki, nəqliyyat və kommunal sahədə heç bir çətinlik yaranmayıb. Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin baş mühəndisi İsmayıl Daşdəmirov bildirib ki, hazırda şəhərdə qarın yaratdığı çətinlikləri aradan qaldırmaq üçün bütün tədbirlər görülüb. Şəhərdə 25-ə yaxın kommunal sahədə istifadə edilən texnika və 320 nəfər canlı qüvvə hazır vəziyyətə gətirilib. Bundan başqa, Mənzil İstismar Sahələri də yeni qar təmizləyən kürəklər və geyimlərlə təchiz ediliblər. Şəhərdə elektrik, qaz və su təchizatında heç bir problem yaşanmayıb. Hazırda qar yağmaqda davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq