Güclü yağış İmişlidə rayon mərkəzinə ziyan vurub
İmişlidə güclü yağış rayon mərkəzinə ciddi ziyan vurub. Rayon fövqəladə hallar komissiyasından APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, ötən iki gün ərzində intensiv yağan sulu qar və yağış şəhərin küçə və prospektlərini keçilməz edib. Fərdi yaşayış evlərinin həyətləri, məhəllələr, ticarət obyektləri suyun əhatəsində qalıb. Yollar və meydançalarda su gölməçələri yaranıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Rayon fövqəladə hallar komissiyası və əlaqədar qurumlar yollardan və həyətlərdən suların çəkilməsi üçün tədbirlər görür. Əraziyə su ötürücü nasoslar və texnikalar cəlb gətirilib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq