Göyçayda avtomobil 82 yaşlı piyadanı vurub öldürdü
Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə, fevralın 22-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” markalı minik maşını yolu keçən piyadanı, Qarabaqqal kənd sakini, 1933-cü il təvəllüdlü Məhərrəmov Soltan Əhməd oğlunu vurub. Avtomobilin sürücüsü S.Məhərrəmovu xəstəxanaya çatdırıb. Lakin xəsarəti ağır olan 82 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq