Yasamalda zəncirvari qəza olub
Ötən gecə paytaxtın Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza rayonun İnşaatçılar prospektində qeydə alınıb. Adıçəkilən prospektlə hərəkət edən "Toyota" markalı minik avtomobilinin sürücüsü anidən idarəetməni itirib. Nəticədə maşın qarşıdakı "Nissan"a çırpılıb. Zərbənin təsirindən həmin avtomobil yol kənarında dayanan Eminov Nazimə məxsus "Toyota Prado" ilə toqquşub. Hadisə yerinə dərhal Yasamal Rayon Yol Polis İdarəsinin əməkdaşları gələrək baş vermiş qəza ilə bağlı araşdırmalar aparıblar.
Qəza ilə bağlı yolda sıxlıq yaranıb.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq