Bakıda avtobusda cibgirlik edən şəxs yaxalanıb
Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış və İstintaq Şöbələri əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində 155 saylı xətt avtobusunda Bakı şəhər sakini Şamil Həsənovun 270 manatını və sənədlərini cibgirlik yolu ilə talamaqda şübhəli bilinən 1971-ci il təvəllüdlü Rafik Sadirbəy oğlu Şəydabəyov tutulub. Saxlanılan şəxs əməlini etiraf edib. O, cibgirlik etmək barədə təklifin tanışları ilə yeyib-içərkən irəli sürüldüyünü deyib: "Dedilər ki, 8 min var. Mindim avtobusa, baxdım ki, pul az qalır cibindən düşsün. Götürdüm, sonra da tutuldum".
Şübhəli şəxsin üzərindən 5,41 qram marixuana aşkarlanıb. Araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq