Dövlət Sosial Müdafiə Fondu Ağcabədidə “Açıq qapı günü” keçirib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, Ağcabədidə regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
APA TV-nin xəbərinə görə, "Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı tədbirdə sığorta ödəyicilərini və pensiyaçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib. İştirakçıların diqqətinə çatdırılıb ki, DSMF-nin müvafiq orqanlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması təmin edilib. 2014-cü il ərzində DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 8,3% və ya 223 mln. manat, sosial sığorta gəlirləri isə 10,2% və ya 160,8 mln. manat artıb.
DSMF-nin şöbə müdiri Famil Qədimov deyib ki, tədbirin keçirilməsində məqsəd "Milli Fəaliyyət Planı"na uyğun olaraq DSMF-nin həyata keçirdiyi fəaliyyət istiqamətlərini vətəndaşların nəzərinə çatdırmaq və onları bu sahədə maarifləndirməkdən ibarətdir.
Tədbirə Ağcabədi ilə yanaşı Laçın, Zərdab və Ucar rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar da qatılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq