Təmas qrupu Donbasda gərginliyin azaldığı barədə məlumat yayıb
Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması üzrə təmas qrupu son günlər ərzində Donbasda gərginliyin azaldığını qeyd edib. APA TV-nin məlumatına görə, bu barədə fevralın 25-də keçirilən videokonfransda deyilib.
“Təmas qrupunun üzvləri, həmçinin, ağır artilleriyadan atışma hallarının azaldığını qeyd edib. Sabah işlərimizi davam etdirəcəyik” - deyə, rəsmi Kiyevi qrupun iclasında təmsil edən Ukraynanın eks-prezidenti Leonid Kuçmanın köməkçisi bildirib.
Qeyd olunur ki, bu, təmas qrupunun 12 fevral Minsk danışıqlarından sonra videokonfrans formatında keçirilən sayca ikinci görüşüdür. İlk müzakirələr fevralın 17-də baş tutmuşdu.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq