"Beşiktaş"dan tarixi qələbə
Türkiyənin "Beşiktaş" futbol klubu Avropa Liqasında tarixi uğura imza atıb. APA TV-nin məlumatına görə, İstanbul klubu səfərdə 0:1 hesabı ilə məğlub olduğu İngiltərənin "Liverpul" klubunu İstanbulda qəbul edib. Oyunun taleyi penaltilər seriyasında həll olunub.
Qarşılaşmanın birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalardan heç biri fərqlənə bilməyib. İkinci hissədə Türkiyə klubu İngiltərədə buraxılan qolun əvəzini çıxa bilib və növbəti mərhələyə yüksəlmək şansını artırıb. "Beşiktaş"ı hesabda Tolqay Arslan irəli çıxarıb.
Oyunun əsas vaxtında, eləcə də, əlavə hissələrdə qapılara başqa qol vurulmayıb. Qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib. "Beşiktaş" və "Liverpul"un oyunçuları ilk dörd penalti zərbəsini səhvsiz yerinə yetiriblər. Son penaltilərdə isə "Liverpul"dan Lovren topu qapıdan kənara vurub.
Beləliklə, "Beşiktaş" UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Qarşılaşma bitdikdən sonra azarkeşlər "Beşiktaş"ın zəfərini coşğu ilə bayram ediblər.
Qeyd edək ki, "Beşiktaş"ın növbəti mərhələdəki rəqini bu gün bəlli olacaq. İsveçrənin Nion şəhərindəki püçkatmada İtaliyadan 5, Rusiya və Ukraynanın hərəsindən 2, Türkiyə, Hollandiya, Belçika, İngiltərə və Almaniyanın isə hərəsindən 1 klub iştirak edəcək.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq