Neftin qiyməti yüksəldi
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar artaraq 48,83 dollar təşkil edib. “APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,73 dollar artaraq 60,78 dollar olub. OPEC də neft "səbəti"nin yeni qiymətlərini açıqlayıb. Son iki gün ərzində "Qara qızıl"ın bir barrelinin qiyməti 2, 26 dollar artaraq 53,81-dən 56, 07 dollara yüksəlib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq