Bakıda zəncirvari qəza olub
Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, qəza Ziya Bünyadov prospektində baş verib. Prospektlə "Koroğlu" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan "Mercedes" və "Mazda" markalı avtomobillərin sürücüləri idarəetməni itiriblər. Nəticədə maşınlardan biri sağdan, digəri isə soldan evakuator avtomobilinə çırpılıb. Zərbə güclü olduğundan avtomobillərdən biri daha sonra divara, o biri isə prospektdə yol kənarındakı beton arakəsməyə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobil yararsız vəziyyətə düşüb. Qəzaya uğrayan maşınlar ərazidən təxliyə edilib.
Faktla bağlı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq