İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyata start verildi - MÜHARİBƏ
İraqın baş naziri Haydar İbadi İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyata başlamaq üçün təlimat verib.
APA TV-nin məlumatına görə, hökumətin bununla bağlı yaydığı rəsmi açıqlamada bildirilir ki, əməliyyat zamanı silahlı müqavimət göstərməyən və İŞİD sıralarına qoşulmayan mülki şəxslərə toxunulmayacaq. İraq federal polisinin komandanı general Raid Cövdət ölkəni İŞİD terrorçularından təmizləmə əməliyyatının ikinci mərhələsinin başladığını, yaxın zamanlarda Səlahəddin şəhərinin İŞİD-dən təmizlənəcəyini deyib. Əməliyyatla əlaqədar Bağdad-Kərkük magistral yolu nəqliyyat üçün bağlı elan olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq