Sumqayıtda narkotiklə tutulan Türkiyə vətəndaşı: "Çox pis dadı var"
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılan Murad Arslanoğlunun üzərindən narkotik vasitə hesab olunan tiryək aşkarlanıb. O, Sumqayıt şəhərində parkda gəzərkən yaxalanıb.
Murad Arslanoğlu üzərindən tapılan maddənin narkotik olduğunu bimədiyini deyib: "Məcuna bənzətdim . Çox pis dadı var. İlk dəfə istifadə edirdim".
İdarədən verilən məlumata görə, faktla bağlı araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq