Bank Of Baku

İŞİD terrorçuları Liviyada iki neft yatağına hücum edib

# 10:26
3 mart 2015

İŞİD terrorçu qruplaşmasının silahlıları Liviyada iki neft yatağına hücum edib. APA-nın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bunu Liviya neft obyektlərinin mühafizə xidmətinin nümayəndəsi Əli Xasi bəyan edib.

 

“Silahlılar Mabruk və Əl-Bahi neft yataqlarını intensiv atəşə tutublar. Nəticədə yataqları Əs-Sidr limanı ilə birləşdirən neft kəməri zədələnib”, deyə Əli Xasi bildirib.

 

Onun sözlərinə görə, hazırda adıçəkilən bölgədə döyüşlər gedir, dəymiş ziyanın miqdarını müəyyən etmək hələlik mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR