Rusiyada "Çelyabinsk İlham" ləqəbli azərbaycanlı avtoritet saxlanılıb
Rusiyada azərbaycanlı kriminal avtoritet tutulub. APA TV-nin “Vesti.az”a istinadən yaydığı məlumata görə, "Çelyabinsk İlham" ləqəbi ilə tanınan İlham Osmanov Çelyabinskdə cinayətkar qruplaşmaların fəaliyyətini nəzarətdə saxlayıb. Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan bu şəxs "oğru dünyası"nın maliyyələşdirilməsi məsələlərinə nəzarət edib.
Saxlanan zaman kriminal avtoritetin üzərindən səsboğucu tapança götürülüb. Hazırda müvəqqəti saxlanma təcridxanasında saxlanan 36 yaşlı İlham Osmanovun hansı cinayətlərdə iştirakı araşdırılır. Tutulan şəxsin bundan əvvəl Sverdlovsk vilayətində kriminal avtoritetlərin toplantılarında iştirak etdiyi məlum olub.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq