Bakıda intihara cəhd edən şəxs xilas edilib
Bakıda intihar məqsədi ilə ticarət mərkəzinin damına çıxan şəxs xilas edilib.
APA TV-nin xəbərinə görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Abbasov Kənan Fazil oğlu intihar məqsədi ilə rayonun Qara Qarayev prospekti 85 ünvanında yerləşən “LOTOS” ticarət mərkəzinin damına çıxıb.
Fövqəladə Hallar Nazirliyinin və Nizami rayon Polis İdarəsinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırıb. Kənan Abbasov bildirib ki, intihar cəhdinin səbəbi qardaşının işinin məhkəmədə olmasıdır və o işə ədalətli baxılmasını istəyir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq