Bilgəhdə zibillikdən kişi meyiti tapılıb
Bakıda zibillikdə kişi meyiti tapılıb. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisindəki zibilliklərdən birində üzərində xəsarət olmayan, 70-75 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Polis ölən şəxsin fotosunu APA-ya təqdim edib. Onu tanıyanlardan 14-cü Polis Bölməsinin (012) 455 44 32, 455 02 02, 455 11 44 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq