Bakıda süni qiymət artımına şərait yaradan şirkət müəyyən edildi
İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında monitorinqləri davam etdirir. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar “Lactalis Caspi” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq