Lənkəranda 2 avtomobil toqquşub
Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 33 yaşlı Samir Həsənovun idarə etdiyi “Oka” markalı minik avtomobili Aydın Babayevin idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib.
“Oka”nın sürücüsü Samir Həsənov bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Qəzanın dəqiq səbəbləri avtotezniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq