Kürdəmirdə kef məclisi qanlı bitdi: 1 yaralı
Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Sığırlı kənd sakini Nuriyev Hafiz Cümşüd oğlu aralarında baş vermiş münaqişə zəminində həmkəndlisi Mürşüdov Afin Heybət oğluna sol qarın nahiyəsindən bir dəfə bıçaqla vuraraq, xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb: "Bir araq içdik, sonra pivə aldıq. Ona dedim ki, şirniyyat alsın, məni təhqir etdi. Mübahisə düşdü. Məni kəllə ilə vurdu. Bıçaqla yaraladım".
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq