Ermənistanda keçmiş mer "priton" saxlamaqda ittiham olunur
Ermənistanın Stepanavan şəhərinin sabiq meri Sarkis Qarakeşişyan həbs oluna bilər. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, o, qadın alverində və əxlaqsız yuvaları saxlamaqda təqsirləndirilir. Xəbəri Ermənistan saytları yayıb. Bildirilir ki, Qarakeşişyan vəzifədə olduğu müddətdə özünə məxsus olan "Draxt" istirahət və əyləncə mərkəzində qadın alveri ilə məşğul olub və əxlaqsızlıq yuvaları təşkil edib. Onun adı buna qədər də başqa qalmaqallarda hallanıb. Məsələnin maraqlı tərəfi burasındadır ki, Stepanavanın indiki meri Mikael Qarakeşişyan keçmiş şəhər başçısının qardaşıdır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq