Bakı sakini Gəncədə bıçaqlanıb
Bakı sakini Gəncədə naməlum şəxs tərəfindən bıçaqlanıb. APA TV-nin xəbərinə görə, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində marketin qarşısında baş verib. Naməlum şəxs Zirəddin Tələt oğlu Hüseynovu döş qəfəsindən bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq