Bakıda şirkət rəhbəri ofisində intihar edib
Bakıda meyiti tapılan şəxsin intihar etdiyi müəyyənləşib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospekti 22/26 ünvanında qeydə alınıb. Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar edib.
Polisdən həmçinin bildirilib ki, F. Qasımov tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib. İntihar şirkətin ofisində baş verib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq