Nigeriyada 36 şəhər “Boko Haram” terrorçularından geri alındı
Nigeriya, Çad, Kamerun və Niger hərbçilərinin birgə əməliyyatı nəticəsində Nigeriyada 36 yaşayış məntəqəsi “Boko Haram” terrorçularından azad edilib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriya təhlükəsizlik xidmətindən bildirib.
Bu ildən Çad, Kamerun və Niger “Boko Haram” terror təşkilatı ilə mübarizə üçün Nigeriyaya qoşulublar.
Xatırladaq ki, 2009-cu ildən etibarən “Boko Haram” terrorçu təşkilatı Nigeriyada 13 min insanı qətlə yetirib, 1,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriya prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlandığını bəyan edib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq