Jurnalist canlı yayım kamerası qarşısında qarət olundu
Yohannesburqda SABC teleşirkətinin jurnalisti Vuyo Mvokonu canlı yayım ərəfəsində qarət olunub. APA TV-nin məlumatına görə, insident teleşirkətin kamerası tərəfindən qeydə alınıb. SABC şirkətindən bildirilib ki, cinayətkarlar çəkiliş qrupundan mobil telefonları, portativ kompüterləri və yayım avadanlığını tələb ediblər.
Çəkiliş qrupunun üzvü olan digər müxbir Kriselda Lüis və redaktor Sofi Moken hadisədən sonra “Twitter”də status yazıblar.
"Siz bu adamları tanıyırsınızmı? Onlar tapança lüləsi altında bizi qarət etdilər. Qışqırırdılar ki, "bu itləri" öldürün" - deyə Lüis “Twitter”də yazıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq