Narkotiklə tutulan şəxs: "Ad günümü içəridə keçirdim"
Abşeron rayonunda narkotik istifadəçisi yaxalanıb. APA TV-nin xəbərinə görə, Qobu qəsəbəsi sakini Kərimov Nəriman Abdulla oğlunun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanıb: "İşdən çıxıb gedirdım. Narkotiki alan kimi polislər yaxınlaşdı, üstümü yoxladılar".
Qəsəbədə avtomobil ustası işləyən Nəriman Kərimov arada bir narkotik vasitələrdən istifadə etdiyini etiraf edib. Ad gününü qeyd etməyə hazırlaşan şəxs işdən çıxandan sonra narkotik almağa gedib: "Lökbatandan özüm üçün bir qutu aldım. Dünən ad günümü polisdə keçirmişəm. Polis zarafat eləyir ki, gedim, ad günümdən sonra gəlim".
Fatla bağlı araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq