Zərdabda mağazadan oğurluq edən gənc yaxalanıb
Zərdabda oğurluq edən şəxs saxlanılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, Zərdab rayon sakini Almaz Qasımova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus mağazanın qapısının kilidini gecə saatlarında sındırılğını və mağazanın qarət edildiyini bildirib. O, mağazadan pul oğurlandığını deyib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini, 18 yaşlı Orxan Qədirov saxlanılıb. Dindirilmə zamanı Orxan Qədirov pula ehtiyacı olduğu üçün bu addımı atdığını deyib: "Çox peşmanam. Bütün gənclərə üzümü tutub deyirəm ki, eləməsinlər".
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq