Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, mövqelərimizi atəşə tutub. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə Silahlı Qüvvələrin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq