Göyçayda iki avtomobil toqquşdu: 1 ölü
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 3-cü kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Rayonun Məlikkənd kənd sakini, 1993-cü il təvəllüdlü Həsənov Teymur Elxan oğlunun idarə etdiyi 23-BJ-224 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn Kürdəmiş kənd sakini 1965-ci il təvəllüdlü İsmayılov Ağaisa Əlisa oğluna məxsus 23-BS-622 dövlət nömrə nişanlı “VAZ 2104” markalı maşınla toqquşub. Ağaisa İsmayılov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq