Xaçmazda iki avtomobil toqquşub
Gəndob-Yalama yolunda iki maşın toqquşub. Hadisə yolun Xaçmaz rayonu, Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılov Rüfət Vladimir oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomaşınla Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Bəşirov Qurban Səftər oğlunun idarə etdiyi “Qazel” toqquşub. Nəticədə “Mitsubishi”nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin başvermə araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq