Tovuzda traktorla mikroavtobus toqquşdu: 6 yaralı
Tovuzda mikroavtobus aşıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz rayonunun girişində baş verib. Traktorla “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Rayonun Aşağı Quşçu kənd sakini Vüqar Bayramovun idarə etdiyi traktorla Bozalqanlı kənd sakini Mirzə Abbasovun idarə etdiyi "Mercedes-Sprinter" mikroavtobusla toqquşub. Qəza mikroavtobusun ötmə əməliyyatını həyata keçirən zaman baş verib. Nəticədə sərnişin daşıyan mikroavtobus aşıb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan iki nəfərin - Mirzə Abbasov və Səlmi Şirinovanın vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq