Əl-Bağdadi: "Yuxuda Mosulu döyüşsüz tərk etməyim əmr olundu"
İŞİD terror təşkilatının Mosulu döyüşsüz tərk etməsinin səbəbi açıqlanıb. APA TV-nin xəbərinə görə, terrorçular bunu təşkilatın lideri Əbu Bəkr Əl Bağdadinin yuxusunda Məhəmməd peyğəmbəri görməsi ilə əlaqələndiriblər. İddiaya görə, peyğəmbər Əl Bağdadiyə "Mosulu döyüşmədən tərk etməyi" əmr edib. Bundan sonra İŞİD terrorçuları Mosulu döyüşsüz tərk etməyə qərar veriblər. Terrorçular şəhəri döyüşsüz təslim etmələrinə belə bəraət qazandırıblar. İŞİD terrorçuları Tikritdən çəkilməklə bərabər, Mosulu da Bağdadinin əmri ilə tərk etməyə başladıqlarını söyləyirlər.
Qeyd edək ki, martın 3-də İraq ordusu, şiə polisləri və sünni qəbilələri Tikritin azad edilməsi əməliyyatına başlayıb. Artıq şəhərin terrorçulardan tam azad edilməsi üçün son döyüşlər gedir. Tikritin azad olunmasının Mosulun İŞİD-dən təmizlənməsi üçün ilk addım olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq